REGİONLAR


Polis işçilərinin peşə bayramı Samuxda qeyd edilib

A+ A

Samux, 3 iyul, AZƏRTAC

Polis işçilərinin peşə bayramı günü münasibətilə Samux rayonunda polis şöbəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstləri düzüb, Ümummilli Liderin adını daşıyan muzeydə yaradılan fotoguşələrə baxıblar.

Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev daxili işlər orqanlarında çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, polis işçilərinin respublikamızdaki sabitliyin qorunmasındakı rolundan danışıb.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov tədbirdə çıxış edərək polislərə şərəfli işlərində uğurlar arzulayıb.

Diqqətə çatdırılıb ki, hər bir ölkənin inkişafı ilk növbədə həmin ölkədə sabitliyin qorunmasından asılıdır. Odur ki, istər ölkənin dövlət maraqlarının qorunmasında, istərsə də sadə vətəndaşların təhlükəsizliyinin təmin edilməsində hüquq mühafizə orqanlarının əməkdaşları böyük məsuliyyət daşıyırlar.

Sonda polis şöbənin rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqlənən bir sıra əməkdaşları təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.