CƏMİYYƏT


Polis quldurluqda şübhəli bilinən şəxsi yaxalayıb

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 8-də Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan bir qadına qarşı quldurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzil müayinə edilib, müvafiq araşdırmalar aparılıb.

Məlum olub ki, həmin gün səhər saat 6.00 radələrində evə pəncərədən girmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyərək pul verməsini tələb edib, səs-küy salmağa cəhd etdikdə isə onu döyməyə başlayıb. Həmin şəxs səsə gəlmiş ev sahibəsinin azyaşlı oğluna da zərbə endirib, onu bıçaqla hədələyərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları dərhal xəsarət almış şəxslərin təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılmasını təmin ediblər.

Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurlu) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə hadisənin Vurğun adlı şəxs tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxsin saxlanılması üçün müvafiq tədbirlər görülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş Vurğun Rəhmanov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. O, istintaqa ifadəsində törətdiyi əməli etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.