CƏMİYYƏT


Polisin keçirdiyi əməliyyat nəticəsində üç kiloqramdan çox marixuana dövriyyədən çıxarılıb

Bakı, 17 iyun, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki şəhər sakinləri Kamal Hüseynovdan 2 kiloqram 349,9 qram, Sadiq Şabanovdan 31,52 qram marixuana aşkar edilərək götürülüb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Həmid Əliyevdən 720 qram marixuana götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.