CƏMİYYƏT


Polisin təşkilatçılığı ilə Şabranda maarifləndirici tədbir keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

Gəncliyin fiziki və mənəvi sağlamlığında ciddi fəsadlar yaradan, həyatlarını itirmək bahasına başa gələn, ictimaiyyətin sosial-iqtisadi inkişafına ağır zərbə vuran narkomaniyanın və erkən nikahların qəti olaraq yolverilməzliyi və qarşısının alınması mövzusunda tədbirlərin keçirilməsinin vacibliyi, yeniyetmələrin bu istiqamətdə maarifləndirilmələrinin zəruriliyi cəmiyyət tərəfindən bəyənilir və təqdir olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şabran rayonundakı Şahnəzərli kənd tam orta məktəbində “Ağ ölümə və erkən nikahlara yox deyirik” mövzusunda Rayon Polis Şöbəsinin (RPŞ) və Veteranlar Şurasının təşkilatçılığı, məktəbin pedaqoji və yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Cahid Hüseynov qeyd edib ki, bu gün respublikamızda narkomaniya ilə mübarizə gücləndirilmiş, maarifləndirmə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi rayon ictimaiyyətinin bütün təbəqələrini əhatə edib. Polis əməkdaşları 2013-2018-ci illərdə narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramının tələblərinin icrası istiqamətində cari ilin beş ayı ərzində cinayət qanunvericiliyinin tələblərinə müvafiq mübarizə tədbirlərini gücləndirib, qanunsuz narkotik vasitə saxlayan şəxslərin aşkarlanaraq cinayət və inzibati məsuliyyətə cəlb olunmalarını təmin ediblər.

Şabran RPŞ veteranlar şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov cəmiyyətdə rast gəldiyimiz erkən nikahların doğurduğu sosial problemlər, tibbi fəsadlar və ailə zorakılığı barədə geniş məlumat verərək, belə halların savadsızlıq və dini mövhumat nəticəsində meydana gəldiyini vurğulayıb.

Tədbir iştirakçıları cəmiyyətin və onun gəncliyinin sağlamlığının dövlətimiz üçün ən vacib amil olduğunu qeyd ediblər. Məktəb, valideyn və polis həmrəyliyinin gəncliyimizi hər zaman üzləşdiyi neqativ halların girdabına düşməkdən qoruduğu, yeniyetmə şagirdlərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqla onları pis vərdişlərdən uzaqlaşdırmağın ən ümdə yolu olduğu bildirilib.

Tədbirin sonunda narkomaniyanın yaratdığı fəsadlardan bəhs edən videoçarx nümayiş etdirilib, məktəblilərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.