DÜNYA


Politoloq Rar: Başlıcası əməkdaşlıq etməkdir

A+ A

Minsk, 29 iyul, AZƏRTAC

ATƏT Belarus ilə seçki proseslərinin yaxşılaşdırılması üzərində siyasətə və təzyiqə yol vermədən işləməlidir. AZƏRTAC xəbər verir ki, bu fikri BELTA-nın müxbirinə müsahibəsində almaniyalı beynəlxalq politoloq Aleksandr Rar səsləndirib.

A.Rar deyib: “ATƏT son onilliklərin təcrübəsindən ən faydalı nümunələri üzə çıxarmağa və Ümumavropa demokratiyasını təkmilləşdirməyə çalışır. Qoy onlar qanunvericiliyi həqiqətən cilalayıb, demokratik təsisatları möhkəmləndirsinlər. Lakin bu proses siyasi zəmində deyil, texniki səviyyədə, yəni təzyiqsiz həyata keçirilməlidir. Belarus qəbul edə bilmədiyi bəndlər barəsində məsələni ATƏT qarşısında açıq və dürüst şəkildə qoya bilər. Bu, siyasətdən uzaq, mehriban qonşuluğa və xeyirxahlığa söykənən normal dialoq olmalıdır. Təkliflərdən bəziləri qəbul oluna bilər, bəziləri isə yox. Başlıcası əməkdaşlıq etməkdir”.

Ekspertin fikrincə, ATƏT isə Şərqi Avropa ölkələrinə şagird yeri ayıran əvvəlki siyahi münasibətini dəyişməlidir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.