CƏMİYYƏT
“Polo Sedan” və “Tiguan” avtomobillərinin reklamında alıcıları çaşdıran ifadələrdən istifadə hallarının qarşısı alınıb
“Volkswagen” markalı “Polo Sedan” və “Tiguan” modelli avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı həmin reklamlarda bu modelli avtomobillərin digərlərindən üstünlüyü fikrini yaradan “Polo Sedan – gündəlik ehtiyaclarınızın ən ideal həlli” və “Tiguan – yolda və yolsuzluqda ən etibarlı dostunuz” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.
Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən “Euro Style LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Araşdırmalar davam etdirilir.