DÜNYA


Polşa “Vifleyem sülh məşəli”ni qəbul edir

Varşava, 13 dekabr, AZƏRTAC

Polşalı skautlar bazar günü “Vifleyem sülh məşəli”ni slovakiyalı həmkarlarından qəbul ediblər.

Poprad çayı üzərindəki Yüksək Tatra dağının ətəyində, Slovakiyanın Svit adlı yaşayış məntəqəsindəki məbəddə keçirilən təntənəli mərasimdə polşalı xarserlər və slovakiyalı skautlar iştirak ediblər.

Xarserlər dekabrın 24-dək “Vifleyem sülh məşəli”ni “Cəsarətlə sülh yaradaq” şüarı ilə bütün Polşada nümayiş etdirəcəklər.

“Vifleyem sülh məşəli” istilik, məhəbbət, sülh və ümid rəmzidir. Bayram günlərində bir sıra evlərdə bu məşəli yandırırlar. Skautlar və xarserlər bu məşəli birbaşa Milad mağarasından daşıyırlar. “Vifleyem sülh məşəli”ni Avropanın bütün şəhər və kəndlərində intizarla gözləyir və onu böyük ehtiramla qarşılayırlar.

“Vifleyem sülh məşəli” ənənəsi 1986-cı ildə Avstriya teleradio şirkətinin təşəbbüsü ilə yaranıb. Həmin ildə valideyn qayğısından məhrum uşaqlara və əlillərə dəstək məqsədilə təşkil edilmiş “Zülmətdə işıq” adlı xeyriyyə aksiyası beynəlxalq miqyas alıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.