İQTİSADİYYAT
Polşa inkişaf nazirinin müavini Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı Limanı ilə tanış olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakıda səfərdə olan Polşa inkişaf nazirinin müavini Radoslav Domagalski-Labentskinin rəhbərlik etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib.
Limandan AZƏRTAC-a bildirilib ki, qonaqlar Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksinin inşa prosesi ilə yaxından tanış olublar. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin tranzit potensialının tam inkişafına yönəlmiş strategiyanın istiqamətləri barədə də məlumat verilərək bildirilib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ümumilikdə bütün regionun inkişafına müsbət töhfəsini verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]