DÜNYA


Polşa zərbxanası Yeni Zelandiya üçün sikkə hazırlayıb

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Polşa zərbxanası Yeni Zelandiyanın Niue adası üçün “Süni intellekt” seriyasından ilk gümüş sikkə buraxıb.

AZƏRTAC “banks.ue” saytına istinadla xəbər verir ki, 2 Yeni Zelandiya dolları nominalında olan “Gələcəyin kodeksi” adlı sikkə axirət effekti verməsi üçün flüoresensiya boyasından istifadə edilməklə hazırlanıb.

Sikkənin revers hissəsində Yer planetini əlində tutan qadın-robot təsvir olunub, avers hissəsində isə Britaniya Kraliçası II Yelizavetanın rəsmi həkk olunub. Polşa zərbxanası hər birinin qiyməti 226,90 dollar olmaqla ümumilikdə 500 sikkə buraxacaq.

Sikkəxananın saytında bildirilir ki, beynəlxalq çatdırılma pulsuz həyata keçiriləcək, sikkə özü isə Milad bayramına kolleksiyaçılar üçün əla hədiyyə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.