CƏMİYYƏT


“Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib

A+ A

Bakı, 9 dekabr, AZƏRTAC

Polşada Azərbaycanlı Gənclər Şurasının dəstəyi ilə “Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kitabçada iki azərbaycanlı qəhrəman haqqında məlumat verilir. İngilis dilində nəşr olunan kitabça 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusu, 1923–1945-ci illərdə Polşa ordusu sıralarında xidmət etmiş polkovnik Vəli bəy Yadigar və Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyev haqqındadır.

Bu barədə məlumat verən Polşada Azərbaycanlı Gənclər Şurasının baş katibi Rəsul Məmmədov həmçinin qeyd edib ki, qısa zamanda kitabçanın polyak dili versiyası da nəşr olunacaq. R.Məmmədov kitabçanın Azərbaycan və Polşa dövlətləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verilən kiçik töhfə olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.