MƏDƏNİYYƏT


Polşada Azərbaycana həsr edilən sərgi açılıb

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində ölkəmizə həsr edilən sərgi açılıb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, sərgi Mazovetsk Voyevodluğunun və Varşava şəhər meriyasının qarşısında yerləşən Plac Bankowy meydanında təşkil edilib. Varşavanın ən böyük meydanlarından biri olan Plac Bankowy şəhər mərkəzində yerləşir və eyni zamanda, vacib nəqliyyat kəsişməsi rolunu oynayır. Varşavanın tanınmış tarixi turistik məkanlarından biri olan Plac Bankowy meydanını gündəlik olaraq minlərlə insan ziyarət edir.

Azərbaycanın Polşada təbliğinə həsr edilən sərgidə ölkəmizin tarixi abidələrinə və müasir memarlığına dair fotoşəkillər və təbiət mənzərələri nümayiş etdirilir. Sərgidə, həmçinin Azərbaycanın əsas turizm istiqamətlərini özündə əks etdirən fotolar da Varşava sakinlərinin diqqətinə təqdim edilib.

Açıq havada təşkil olunmuş sərgi iyulun sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.