CƏMİYYƏT


Polşada Azərbaycanla regional əməkdaşlıq məsələləri müzakirə edilib

A+ A

Varşava, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 13-16-da Bakı şəhərinin Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşada səfərdə olub.

Azərbaycan nümayəndə heyəti Nadajin qəsəbəsindəki II İoann Pavel adına gimnaziyada Polşanın Xalq Təhsili Gününə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdə çıxış edən G.İslamov iki ölkənin regionları arasında dostluq və əməkdaşlıq haqqında danışıb və Azərbaycan müəllimlərinin polşalı həmkarlarına təbrikini çatdırıb.

Tədbirin sonunda Azərbaycan nümayəndə heyəti üzərində Azərbaycan Respublikasının gerbi olan və Papa II İoann Pavelin Azərbaycan haqqında söylədiyi xoş sözlər yazılmış xatirə lövhəsinin önünə gül dəstəsi qoyublar.

Səfər çərçivəsində keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan ilə Polşa arasında, o cümlədən Xəzər rayon və Pruşkovsk rayonu, Mərdəkan və Nadajin qəsəbələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Nadajində keçirilən Beynəlxalq Turizm Sərgisinə baş çəkib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.