DÜNYA


Polşada Hitlerin yoxa çıxmış “qızıl qatarının” axtarışları başlayıb

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Polşada Hitlerin “qızıl qatarının” axtarıldığı yerə ağır texnika gətirilib və qazıntı işləri başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təşkilatçıya təxminən 40 min dollara başa gələn axtarışlarda 70-dək mütəxəssis iştirak edir.

Polşada nasist Almaniyasının 150 metr uzunluğunda olan və qiymətli metallar, həmçinin qızıl daşıyan zirehli qatarı “qızıl qatarı” adlandırılır. II Dünya müharibəsinin sonlarında qatar almanlara məxsus Breslau (hazırda Polşanın Vrotslav şəhəri) qalasından çıxaraq Valbjixə yollanan zaman müəmmalı şəkildə yoxa çıxıb.

Alimlər və dəfinə axtaranlar qatarın SSRİ aviasiyasından gizlənmək üçün tunellərdən birinə girdiyi və sonradan həmin tunelin bombardman nəticəsində dağıldığı barədə dəfələrlə ehtimallar irəli sürüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.