İDMAN


Polşada U-21 Avropa çempionatında 12 komanda mübarizə aparacaq

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 16-da Polşada 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi start götürəcək.

AZƏRTAC xəbər verir ki, çempionatda 12 komanda üç qrupda mübarizə aparacaq. “A” qrupunda İngiltərə, Polşa, Slovakiya və İsveç milliləri yer alıblar. “B” qrupunda isə Makedoniya, Portuqaliya, Serbiya, İspaniya, “C” qrupunda isə Çexiya, Danimarka, Almaniya və İtaliya yığma komandaları yarımfinal uğrunda yarışacaqlar.

Çempionatın yarımfinal görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da keçiriləcək.

Qarşılaşmalar altı şəhərdə oynanılacaq.

İki il əvvəl Çexiyada keçirilən qitə birinciliyinin finalında İsveç yığması Portuqaliyaya qalib gələrək çempion olub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.