DÜNYA
Polşada daşınan yüklər üçün yeni vergi sisteminin tətbiqinə başlanılıb
Bakı, 10 may, AZƏRTAC
Polşa hökuməti yüklərin ölkəyə gətirilməsi və ölkə ərazisindən avtomobil nəqliyyatı ilə daşınması üçün tutulan verginin yığımının təkmilləşdirilməsi məqsədilə yeni sistemin tətbiqinə başlayıb.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, yeni qəbul edilmiş qanun yüklərin Polşa ərazisində avtomobil nəqliyyatı ilə daşınmasına nəzarətin yeni sistemini nəzərdə tutur və müvafiq vergilərin yığılması üçün boşluqların aradan qaldırılmasını təmin edir. Qanuna əsasən, yükü göndərənlərdən və qəbul edənlərdən gömrük xidmətinin onlayn portalında qeydiyyata durmaq və avtomobil nəqliyyatı ilə yerinə yetirilən hər bir daşıma barədə ətraflı məlumat vermək tələb edilir. Bundan əlavə, nəqliyyat şirkətləri də müvafiq məlumatları təqdim etməlidirlər.
Sistemin tətbiq olunmasında əsas hədəf vergi və gömrük orqanları üçün maye yanacaq, tütün məmulatları və alkoqollu içkilər kimi vergiyə cəlb olunan malların bütün ölkə ərazisi boyunca izlənilməsini asanlaşdırmaqdır.
Hökumətin hesablamalarına əsasən, yeni sistem ölkə büdcəsinə əlavə 330 milyon Polşa zlotası (145,53 milyon manat) vəsait gətirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]