DÜNYA
Polşada satışdan verginin tətbiqi təxirə salınıb
Bakı, 12 noyabr, AZƏRTAC
Polşa hökuməti 2017-ci ilin sonuna qədər satışdan verginin tətbiqi ilə bağlı nəzərdə tutduğu planın icrasını təxirə salmağı qərara alıb.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, bu addımın atılması hökumətə satışdan verginin tətbiq edilməsi üçün prosedurların təkmilləşdirilməsinə lazım olan vaxt imkanını verəcək, eləcə də Avropa Komissiyasına öz təhqiqatını başa çatdırmağa şərait yaradacaq.
Xatırladaq ki, Polşada satışdan vergi tutulması sentyabrın 1-dən qüvvəyə minmişdi, o vaxt Avropa İttifaqı bu verginin bir sıra şirkətlərə öz rəqiblərinə qarşı üstünlük qazanmasına şərait yaradıb-yaratmadığını araşdırmaq üçün təhqiqata başlamışdı.
Polşa qanunvericiliyinə görə, aylıq dövriyyəsi 17 milyon avro ilə 170 milyon avro arasında olan şirkətlər hər ay 0,8 faiz dərəcəsi ilə, aylıq gəliri 170 milyon avrodan artıq olan pərakəndə satış müəssisələri isə 1,4 faiz dərəcəsi ilə vergi ödəməli idilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]