İDMAN


Polşalı atlet “Rio-2016”da dünya rekordunu yeniləyib

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Polşalı atlet Anita Vlodarçik Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çəkicatma yarışlarında dünya rekordunu yeniləyib.

AZƏRTAC xəbər verir ki, atlet final mərhələsində üçüncü cəhdində 82,29 metr nəticə göstərərək Olimpiya çempionu olub. Əvvəlki rekord da polşalı atletə məxsus idi – 81,08 metr.

Gümüş medala çinli Çjan Vensya (76,75), bürüncə isə Böyük Britaniya təmsilçisi Sofi Hitçon sahib olublar.

Qeyd edək ki, Anita Vlodarçik “London-2012” Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.