CƏMİYYƏT


Polşalı mütəxəssislər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçirlər

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Avropa və Amerikanın teatr, kino sahəsindəki yeniliklərini ölkəyə gətirmək, tədrisin keyfiyyət və səmərəliliyini artırmaq məqsədilə silsilə təlim, məşgələ, ustad dərsləri təşkil edilir.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, növbəti təlimlər “SABAH” qruplarında müasir Polşa teatrı üzrə tədris layihəsi çərçivəsində bu ölkədən dəvət olunmuş mütəxəssislər tərəfindən aparılır. Əcnəbi mütəxəssislər “SABAH” qruplarında səhnə hərəkəti və aktyor sənəti üzrə təlim və məşgələlər keçirlər. Adam Miçkeviç İnstitutunun Şərq Təfərdaşlığı layihəsinin əlaqələndiricisi İrena Fedorkova, rejissor Maqdalena Şpext və Şərqi Avropa İfaçılıq (teatr və rəqs üzrə) Sənətləri Platformasının (EEPAP) nümayəndəsi Marta Şimanska, xoreoqraf Veronika Pelçinska beş gün tələbələrlə məşgələləri davam etdirəcəklər. Məşgələlər Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.