QAN YADDAŞI


Polşanın “Ambasador” jurnalında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Bakı, 23 may, AZƏRTAC

Polşada nəşr edilən “Ambasador” jurnalının 30-cu sayında “Xocalı soyqırımının 25-ci ildönümü” başlıqlı məqalə dərc olunub. “Ambasador” jurnalı 2000 nüsxə ilə nəşr edilərək Polşanın bütün nazirlik və dövlət qurumları, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklər arasında yayılır, eyni zamanda, müxtəlif kitab mağazalarında satılır.

Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı, dinc əhaliyə qarşı aparılmış soyqırımı barədə məlumat verilir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində 613 nəfərin həlak olduğu, 1275 nəfərin əsir götürüldüyü qeyd edilir. Daha sonra dünyanın aparıcı kütləvi informasiya vasitələrində “The Sunday Times”, “Newsweek”, “The New York Times”, “Time”, “The Washington Times” bu soyqırımı barədə məlumatların verildiyi bildirilir, habelə mayor Leonid Kravetsin şahidliyinə istinad edilir.

Sonda oxucular belə ədalətsizliyin gələcəkdə baş verməsinin qarşısını almaq üçün www.justiceforkhojaly.org  internet səhifəsinə daxil olaraq “Xocalıya ədalət!” kampaniyasına qoşulmağa dəvət edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.