İQTİSADİYYAT


Polşanın inkişaf nazirinin birinci müavininin Azərbaycana planlaşdırılan səfərinə son hazırlıq işləri müzakirə olunub

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabr 28-29-da Polşanın inkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə birgə Azərbaycana planlaşdırılan səfərinə son hazırlıq işləri müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə fikir mübadiləsi Azərbaycanın energetika naziri Natiq Əliyevin Polşanın ölkəmizdəki səfiri Marek Tsalka ilə görüşündə aparılıb.

Görüşdə energetika nazirinin iştirakı ilə ikitərəfli, üçtərəfli görüşlərin təşkilinin vacibliyi qeyd edilib, hər iki ölkənin iş adamlarının maraq dairəsində olan əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və müvafiq şirkətlərin bu müzakirələrə cəlbi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib.

Polşanın xüsusilə gəmiçilik, dəniz nəqliyyatı, əczaçılıq kimi sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən səfir M.Tsalka hər iki ölkənin geniş tərkibli nümayəndə heyətinin hökumət və iş adamlarından təmsil olunmasını əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirməsi baxımından vacib hesab edib. Polşanın İnkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin səfəri çərçivəsində həmçinin cari ilin dekabrında keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Polşa–Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclası ilə bağlı da müzakirələrin aparılacağı diqqətə çatdırılıb.

Energetika naziri N.Əliyev isə bildirib ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri kimi səfərin yüksək səviyyədə baş tutması və bu görüşlərin hər iki ölkə şirkətlərinin əməkdaşlıq imkanlarının artmasına töhfə verməsi üçün kömək göstərməyə hazırdır.

“İnanıram ki, Radoslav Domaqalski-Labentskinin rəhbərliyi ilə Polşanın müvafiq qurumları və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri həm də Hökumətlərarası Komissiyanın iclasının gündəliyinə daxil ediləcək mövzuları zənginləşdirəcək və yeni layihələrin irəli sürülməsinə təkan verəcək”, - deyə nazir əlavə edib və təşkilati məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.