REGİONLAR


Pomidor, kələm, yoxsa ekzotik gül? VİDEO

Şabran, 8 iyul, Elxan Yusifli, AZƏRTAC

Şabranlı təsərrüfatçı Rəşad Novruzov pomidor sahəsində qeyri-adi halla rastlaşıb. Onun yetişdirdiyi pomidorların forması görənləri təəccübləndirir.

AZƏRTAC xəbər verir ki, Rəşad Novruzov rayonun Rəhimli kəndində bir hektara yaxın sahədə pomidor becərir. Təsərrüfatçı bu il pomidorun “Sultan” adlanan növünü əkib. Məhsul yetişmək ərəfəsində olanda isə kiçik bir ərazidə pomidorların formasının fərqli olduğunu müşahidə edib. Buradakı şitillərin üzərində olan pomidorlar formasına görə ilk baxışda kələmi və ya hansısa ekzotik gülü xatırladır.

İlk dəfədir belə halla rastlaşan Rəşad Novruzov bu çatışmazlığın toxumlarda və ya şitillərdə olan hər hansı xəstəliklə əlaqəli baş verdiyini ehtimal edir. Bundan başqa, həmin pomidorların başqa tərəvəzlərlə tozlanması da buna səbəb ola bilər.

Təsərrüfatçı bildirir ki, pomidorun qeyri-adi formada yetişməsi məhsuldarlığa mənfi təsir göstərməyib. Həmin şitillərin üzərində də bol məhsul var.

Şabranlı təsərrüfatçı qeyri-adi formada olan pomidorları qızardıqdan sonra hansı formada olacağını müşahidə etmək üçün tam yetişənədək tağda saxlamaq fikrindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.