ELM VƏ TƏHSİL


“Pompeyin Qafqaza yürüşü” əsərinin təqdimatı olub

Bakı, 15 dekabr, AZƏRTAC 

Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Xalq Şairi, Əməkdar İncəsənət Xadimi Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” əsərinin italyan dilinə tərcümə edilmiş variantının təqdimatı olub.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov şair, dramaturq N.Həsənzadənin həyat və yaradıcılığı barədə məlumat verib.

“Pompeyin Qafqaza yürüşü” əsərini italyan dilinə tərcümə edən, ADU-nun baş müəllimi Aydan Əliyeva tarixi dram əsərini tərcümə etməyin, eyni zamanda, bu proses zamanı N.Həsənzadə ilə tanışlıq və əməkdaşlığın onun üçün sevindirici hal olduğunu söyləyib. Əsərdə tarixi məqamla yanaşı, mədəni nüansların da olduğunu vurğulayan A.Əliyeva kitabın tərcümə variantında da bunların əks edildiyini diqqətə çatdırıb. O, Azərbaycan-İtaliya əməkdaşlığı çərçivəsində əsərin italyan teatrlarında səhnələşdirilərək iki ölkə arasındakı mədəni münasibətlər sahəsində körpü rolunu oynayacağına ümidvar olduğunu bildirib.

“Pompeyin Qafqaza yürüşü” əsəri barədə məlumat verən N.Həsənzadə onun tərcümə edilməsində, səhnələşdirilməsində əməyi olanlara minnətdarlığını bildirib.

Çıxış edənlər Nəriman Həsənzadənin yaradıcılığından, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələrdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.