İDMAN


Portuqaliya mətbuatı Kamran Ağayevin "Boavişta" klubuna keçidindən yazır

A+ A

Lissabon, 13 sentyabr, AZƏRTAC 

Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Kamran Ağayevin Portuqaliyanın "Boavişta" klubuna keçidi bu ölkənin mətbuatında geniş işıqlandırılıb.

Observador.pt portalı "Boavıştanın yeni üzvü Azərbaycanın qapıçısıdır" başlıqlı yazıda Kamran Ağayevin millimizin heyətində 52 dəfə meydana çıxmasını önə çəkib.

Record.pt səhifəsi isə "Qapıçı Kamran Ağayevlə 1 illik müqavilə imzalanıb" başlıqlı məqalədə millimizin oyunçusunun bundan əvvəlki karyerası haqqında məlumat verib.

"Boavişta Mikanın yerinə azərbaycanlı qapıçı ilə müqavilə bağladı" adlı yazı isə Maisfutebol.pt portalında işıqlandırılıb. Yazıda "Boavişta"dan İngiltərənin "Sanderlend" klubuna keçən Mikanın əvəzinə Azərbaycandan Kamran Ağayevin komandaya cəlb edildiyi bildirilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.