İDMAN


Portuqaliya millisinin sabiq üzvü karyerasını bitirib

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Futbol üzrə Portuqaliya millisinin sabiq üzvü Uqu Viana karyerasını bitirib.

AZƏRTAC xəbər verir ki, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Vəsl” klubunda çıxış edən Viana 33 yaşında futboldan gedib.

O, “Sportinq”, “Nyukasl” və “Valensiya”dakı çıxışı ilə tanınıb.

Uqu Viana “Sportinq”in heyətində Portuqaliya çempionatının və kubokunun, “Braqa” ilə birgə Portuqaliya Liqa kubokunun qalibi olub. “Əl-Əhli”də isə Viana BƏƏ Liqa kubokunu və ölkə superkubokunu qazanıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi Portuqaliya yığmasında 33 oyun keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.