İDMAN


Portuqaliya portalı Formula-1 Azərbaycan Qran-Prisindən yazır

Lissabon, 30 iyun, AZƏRTAC 

Portuqaliya portalında Formula-1 Azərbaycan Qran-Prisi son dövrlərin ən gərgin yarışı kimi təqdim edilib. Bu ölkənin avtomobil idmanı sahəsində ixtisaslaşmış “autoportal.iol.pt” portalında “Azərbaycan Qran-Prisində 137 ötmə baş verib” sərlövhəli məqalə yerləşdirilib. Yazıda deyilir ki, Azərbaycan Qran-Prisi son dövrlərin ən baxımlı və gərgin yarışı olub.

Məqalədə “Mercedes” komandasının Bakıdakı yarışa dair açıqladığı strateji statistik təhlilə istinad olunub. Azərbaycan Qran-Prisinin ən maraqlı məqamlarından ibarət video da yazıya əlavə olunub. Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar: http://www.autoportal.iol.pt/desporto/formula-1/gp-do-azerbaijao-teve-137-ultrapassagens/

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.