DÜNYA


Portuqaliyada meşə yanğınını söndürülməsinə 11 təyyarə cəlb olunub

Bakı, 3 iyul, AZƏRTAC

Portuqaliyanın orta bölgəsindəki Abrantes şəhəri yaxınlığındakı meşə yanğınını söndürərkən 3 yanğınsöndürən və 5 meşə gözətçisi yaralanıb.

Anadolu agentliyinin məlumatına görə, xəsarət alan iki meşə gözətçisinin vəziyyəti ağır olduğundan onlar paytaxt Lissabondakı xəstəxanaya aparılıb.

Milli Mülki Müdafiə Qurumunun rəsmiləri yeli televiziya kanalına açıqlamalarında yanğının söndürülməsinə 11 təyyarənin də cəlb edildiyini bildiriblər.

Qeyd edək ki, təxminən iki həftə əvvəl ölkədən baş verən meşə yanğınında 62 nəfər həyatını itirib. Bu, ölkə tarixində ən böyük yanğın faciəsi hesab edilib və üç günlük matəm elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.