DÜNYA
Portuqaliyada pəncərələri dənizə baxan evlərə vergi artırılır
Bakı, 12 yanvar, AZƏRTAC
Portuqaliyanın fiskal orqanları daşınmaz əmlaka, o cümlədən dəniz mənzərəsinə baxan evlərə qoyulan verginin dərəcəsini artırıb.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, bundan sonra pəncərəsindən dəniz görünən ev sahibləri 20 faiz artıq vergi ödəyəcəklər.
Maraqlısı odur ki, pəncərəsi şimala açılan və ya pəncərəsindən qəbiristanlıq görünən ev sahibləri əmlak vergisini 10 faiz güzəştlə ödəmək hüququna malikdirlər.
Artıq qüvvəyə minmiş bu qanun yalnız yeni tikilən binalara, eləcə də yenidən qiymətləndirilmiş mənzillərə tətbiq olunur. Əmlaka qoyulan vergi hesablanarkən, hansı mərtəbədə yerləşməsindən asılı olmayaraq, mənzilə günəş işığının düşməsi nəzərə alınır.
Yeni qaydalar əhali tərəfindən birmənalı qarşılanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]