DÜNYA


Portuqaliyada turistlərdən tutulan vergi özünü doğrultmur

Bakı, 11 iyul, AZƏRTAC

Portuqaliyada restoran və otel biznesinin nümayəndələri ölkə parlamentini turistlərdən tutulan və getdikcə əhatə dairəsi genişlənən vergilərə yenidən baxmağa çağırıblar.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, ölkədə turistlərdən vergi ilk dəfə Lissabon və Kaşkayş bələdiyyələrində tutulub.

Porto və Villa-Real-de-Santu-Antunio kimi digər iri bələdiyyələr isə turistlər üçün sonradan “nəzərə çarpmadan” belə bir verginin tətbiqinə başlayıblar.

Lissabonda şəhərə hava yolu ilə gələn turistlərdən 1 avro, onların qaldıqları hər gecə üçün də əlavə 1 avro vergi tutulur. Portuqaliyanın otel və restoranlar assosiasiyası xəbərdarlıq edib ki, bu vergilər ölkəyə gəlir gətirən turizm sektorunu çökdürə bilər.

“Beşulduzlu” lüks mehmanxanalarda qalan turistlər ilə daha ucuz yerləri seçən turistlərdən eyni məbləğdə vergi tutulmasının ədalətsizlik olduğu qeyd edilib.

Təşkilatın məruzəsində ölkənin müxtəlif ərazilərində turistlərdən vergi toplamağa şərait yaradan qeyri-ardıcıl yanaşma da tənqid olunub.

Əyalətlərdə turizm sənayesinə tətbiq edilən vergilərin sayı artsa da, Portuqaliya hökuməti mehmanxanada yaşamaq üçün tətbiq olunan əlavə dəyər vergisinin dərəcəsinin 6 faizə endirilməsini təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.