DÜNYA


Portuqaliyada yanğın qurbanlarının sayı beş nəfərə çatıb

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Portuqaliyada güclü təbiət yanğınları nəticəsində həlak olanların sayı beş nəfərə çatıb: Madeyra adasında ağır yanıq xəsarətləri alan daha bir şəxs xəstəxanada ölüb. Bu barədə İspaniyanın 24 Horas telekanalı məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl dörd nəfərin həlak olduğu bildirilirdi. Onların üçü bir evin sakinləri, biri isə yanğınsöndürəndir. Madeyra adasında ümumilikdə 208 ev tamamilə yanıb və ya qismən zədələnib. Dəymiş zərər 55 milyon avro məbləğində dəyərləndirilir. Adada vəziyyət sabitləşməyə başlasa da, 246 nəfər öz evinə qayıda bilmir.

Ölkənin kontinental hissəsində də yanğınlar tüğyan edir. Hakimiyyət orqanlarının məlumatına görə, son günlər vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Hazırda 6-sı iri olmaqla, 88 yanğın ocağı qeydə alınıb. Yanğınların söndürülməsində hər gün təxminən 6 minədək insan, o cümlədən könüllülər iştirak edir. Vəziyyətin daha mürəkkəb olduğu rayonlara qoşun hissələri cəlb olunub.

İspaniya, İtaliya və Marokko kömək üçün Portuqaliyaya təyyarə-amfibiyalar göndəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.