DÜNYA
Portuqaliyada yenə də meşə yanğınları tüğyan edir
Lissabon, 18 iyul, AZƏRTAC
Portuqaliyaya meşə yanğınları qayıdıb. Ölkənin şimalında Alijo bələdiyyəsində daha ağır vəziyyət yaranıb. Alov artıq bir neçə gündür səngimək bilmir və onu nəzarətə götürmək hələlik mümkün olmayıb.
AZƏRTAC xəbər verir ki, hadisə yerində 400 yanğınsöndürən işləyir, bir neçə yüz hərbçi onların köməyinə gəlib. Səkkiz təyyarə havadan yanğını söndürməyə çalışır.
Qeyd edək ki, iyun ayında Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən çox güclü meşə yanğınlarında 64 adam həlak olub. Təqribən 30 min hektar meşə sahəsi məhv olub. Pedroqan-Qrandi bələdiyyəsi hamıdan çox ziyan çəkib. Külək və 43 dərəcəyə çatan isti alovun sürətlə yayılmasına şərait yaradıb. Portuqaliyalı yanğınsöndürənlərə onların ispaniyalı və fransalı həmkarları köpmək ediblər.
Aygün Əliyevə
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [16:28]
“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb
- 18.04.2024 [16:12]
Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb
- 18.04.2024 [15:59]
Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub
- 18.04.2024 [15:27]
HONOR Magic6 Pro İstanbulda təqdim olunub
- 18.04.2024 [14:53]
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
- 18.04.2024 [14:47]
Annalena Berbok: İranı təcrid etmək lazımdır
- 18.04.2024 [14:41]
Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb
- 18.04.2024 [14:13]
Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək
- 18.04.2024 [13:49]