İDMAN


Portuqaliyalı Renato Sançes dünyanın ən yaxşı gənc futbolçusu seçilib

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Portuqaliya millisinin və “Bavariya” komandasının yarımmüdafiəçisi Renato Sançes İtaliyanın “Tuttosport” nəşrinin avropalı jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, dünyanın ən yaxşı gənc futbolçusu seçilib. Bununla da o, bu titulun sahibinə verilən “Golden boy” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, R.Sançes səsvermədə İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Raşfordu, eləcə də “Bavariya”nın digər yarımmüdafiəçisi, fransalı Kinqsli Komanı qabaqlayıb.

Ötən il bu mükafata "Mançester Yunayted"in fransalı hücumçusu Antoni Marsyal layiq görülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.