İDMAN
Portuqaliyalı idmançı: Azərbaycanda mənə olan səmimi münasibət istənilən medaldan daha böyük mükafatdır VİDEO
Lissabon, 23 iyun, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarında stolüstü tennis yarışlarının qalibi olan portuqaliyalı Tyaqo Apoloniya Azərbaycan xalqına minnətdarlığını bildirən videosunu sosial şəbəkələrdə paylaşıb. Bu videonu artıq bir sıra informasiya portalları da yayıb.
Yarışları başa çatdıraraq Bakıdan Portuqaliyaya qayıdarkən təyyarənin salonunda olan azərbaycanlıların onu alqışladığı səhnənin videosunu paylaşan portuqaliyalı idmançı deyir: “Məni Avropa Oyunlarında dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu videodan da aydın göründüyü kimi, xüsusi təşəkkürümü Azərbaycan xalqına bildirirəm. Azərbaycanlılarda mənə olan səmimi münasibət istənilən medaldan daha böyük mükafatdır”.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon