MƏDƏNİYYƏT


Potap və Nastya: Bakıda özümüzü doğma evimizdəki kimi hiss edirik

Bakı, 29 iyul, AZƏRTAC 

Azərbaycan xalqı olduqca qonaqpərvərdir. Bakıda özümüzü doğma evimizdəki kimi hiss edirik.

Ümidvarıq ki, festival gələn il də keçiriləcək və biz qonaqpərvər Bakı sakinləri ilə yenidən görüşəcəyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Jara” festivalının iştirakçıları, tanınmış ifaçılar Potap və Nastya deyiblər.

Bakı tamaşaçılarında yüksək musiqi duyumu olduğunu vurğulayan müğənnilər Azərbaycan folkloru və mətbəxi ilə bağlı təəssüratlarını da bölüşüblər: “Sizin sevgi haqqında mahnılarınızı uşaq vaxtlarımızdan əzbərləmişik. Azərbaycanda çoxlu dostlarımız var. Məşhur “Bakılı oğlanlar”ın “KVN”dəki çıxışlarını hələ də unutmamışıq. İnsanlarınız çox mehriban və istiqanlıdır. Bizi tez-tez qonaqlıqlara dəvət edirlər. Yeməkləriniz olduqca dadlıdır”.

“Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır. Bizim də arzumuz odur ki, qoy dostluq, qardaşlıq zəfər çalsın”, - deyə Potap və Nastya bildiriblər .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.