DÜNYA


Potensial terrorçular güclü müşahidə altındadırlar

Berlin,11 yanvar, AZƏRTAC

Berlinin mərkəzində Milad bazarında törədilmiş terror aktından sonra Almaniyanın ədliyyə naziri Hayko Mas və daxili işlər naziri Tomas de Mezyer ictimai təhlükəsizlik üçün potensial təhdid mənbəyi olan şəxslərə qarşı görüləcək tədbirlər paketi barədə razılığa gəliblər. Müvafiq məsləhətləşmələrdən sonra dünən axşam keçirilmiş mətbuat konfransında hər iki nazir bildirib ki, belə şəxslərin deportasiya edilmək üçün həbs yerlərində saxlanması şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur.

De Mezyerin sözlərinə görə, belə şəxslər üçün elektron qandallardan istifadə olunmasını və Almaniya hakimiyyət orqanlarına öz şəxsiyyəti barədə yalan məlumatlar təqdim etməklə sığınacaq almaq istəyən şəxslərin yaşayış yeri seçmək hüququnun məhdudlaşdırılmasını qanuniləşdirmək planlaşdırılır.

Almaniyaya qaçqınların gəldiyi ölkələrlə danışıqlarda iqtisadi yardım məsələsi də daxil olmaqla bütün siyasi vasitələr tətbiq edilməlidir.

Almaniyanın təhlükəsizlik orqanları 648 şəxsi potensial terrorçu hesab edir. Hazırda onların yarısı Almaniyadan kənardadır. Təhlükəsizlik üçün potensial təhdid mənbəyi olan 62 şəxs məcburi qaydada bu ölkədən çıxarılmalıdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.