CƏMİYYƏT


Poylu meşəbəyliyində baş vermiş yanğın söndürülüb

Bakı, 28 fevral, AZƏRTAC 

Fevralın 28-də Ağstafa rayon Poylu bələdiyyəsinə məxsus torpaq sahəsində yanğın baş verib. Havanın küləkli olması səbəbindən yanğın Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Poylu meşəbəyliyinin 1 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının birgə fəaliyyəti nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Yanğın 0.3 hektar ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb bələdiyyə ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması olub.

Yanğının başvermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.