DÜNYA


Praqa BMT Təhlükəsizlik Şurasının antiterror qətnaməsini Pekin və Moskva ilə müzakirə edəcək

Praqa, 13 may, AZƏRTAC

Çində səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zeman ÇXR-in Sədri Si Szinpinlə görüşüb. Prezidentin mətbuat katibi bildirib ki, görüşdə təkcə iki ölkənin iqtisadi münasibətləri, məsələn, sürət dəmir yolları çəkilməsinin və ya atom elektrik stansiyaları tikintisinin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilməyib. BMT Təhlükəsizlik Şurasının işləyib hazırladığı antiterror qətnaməsi də gündəlikdə olub. Bu mövzu Miloş Zemanın Rusiya Prezidenti Vladimir Putin ilə Çində planlaşdırılan görüşünün də müzakirə mövzusu olacaq.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.