DÜNYA


Praqa GUAM ilə əməkdaşlıq etməkdə maraqlıdır

Praqa, 20 iyul, AZƏRTAC

Çexiya GUAM-a (Demokratiya və İqtisadi inkişaf naminə Təşkilatın) üzv ölkələrlə (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) fəal əməkdaşlığa ümid bəsləyir. Çexiya KİV-ləri bu məlumatı ölkənin Azərbaycandakı səfiri Vitezslav Pivonkanın bəyanatına istinadla yayıblar.

“Biz GUAM ölkələri ilə əməkdaşlıq üçün addımlar atdıq və ümid edirik ki, gələcəkdə bu təşkilatın iştirakçı ölkələri ilə birgə layihələr reallaşdıracağıq”, - deyə səfir bildirib. Onun sözlərinə görə, tərəflər arasında digər səviyyələrdə də - xarici işlər nazirləri və dövlət təsisatları, habelə “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığa maraq var. V.Pivonka, həmçinin deyib ki, Çexiya və Azərbaycan səhiyyə sahəsində Əməkdaşlıq Memorandumunun imzalanmasına hazırlaşır. Bu, hər iki tərəfin kurort zonalarının marağına müvafiq olacaq. “Bundan başqa, oktyabrda Çexiya Respublikası İqtisadi Əməkdaşlıq Palatasının senatorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir”, - deyə diplomat qeyd edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.