DÜNYA
Praqa Ukraynadan çexləri kütləvi surətdə evakuasiya etməyəcək
L.Zaoralek həmçinin Ukraynanın şərqindəki xəstəxanalar üçün 100 kiloqramdan çox tibbi material gətirib. Xarici İşlər Nazirliyinin rəhbəri deyib: “Biz Ukraynada yaşayan çexlərin hamısını birdən köçürməyi planlaşdırmırıq”. Onun sözlərinə görə, “Ukraynada həmvətənlərinin hər hansı təzyiqə məruz qaldıqları barədə” nazirlikdə heç bir məlumat yoxdur.
Ukraynada təqribən 5 min etnik çex yaşayır. Mart ayında Ukrayna çexlərinin 40 ailəsi ölkədə məskunlaşmağa icazə verilməsi üçün Çexiya hökumətinə rəsmi ərizə ilə müraciət edib. Lakin Çexiya hökuməti bu çexlərin öz tarixi vətəninə repatriasiyası üçün səbəb tapmayıb. Prezident Miloş Zeman isə, əksinə, keçən həftə Ukraynada son dərəcə gərgin vəziyyətlə əlaqədar çexlərin Çexiyaya köçürülməsi fikrinə tərəfdar çıxıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa