MƏDƏNİYYƏT
Praqa caz festivalına hazırlaşır
Praqa, 19 avqust, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, caz musiqisi pərəstişkarları sentyabrın 22-23-də Almaniya və Çexiyadan olan caz ustalarını birləşdirən VIII “Europe Blues Train” festivalına toplaşacaqlar. Bu dəfə Praqada Almaniyadan Florian Kern və Adrian Kruq dəvətli qonaq Co Kuçerlə, Cinger Blues avstraliyalı müğənni Cessi Qordon və dodaq qarmonunda çalan çexiyalı musiqiçi Çarli Slaviklə, “The Rhythm Girls” və “T's Independent Boogie Co.” və başqaları çıxış edəcəklər. Tədbir çərçivəsində berlinli blüz musiqiçiləri praqalı musiqiçiləri birgə konsertlərə dəvət edirlər və əksinə.
Zdena Selingerova təşkilatçılar adından deyib: “Festivalın məqsədi maraqlı bir fenomenə diqqət yetirməkdir: təkcə ABŞ-da deyil, həm də Avropada, hər bir ölkədə blüzün öz obrazı var. O, uzun illər ərzində musiqiçilərin mentalitetinin müxtəlif olması və cürbəcür təsirlər sayəsində formalaşıb”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa