DÜNYA


Praqa məhkəməsi prezidenti üzr istəməyə məcbur edib

A+ A

Praqa, 2 sentyabr, AZƏRTAC

Çexiya dövlətinin başçısı Miloş Zemanın Ferdinand Peroutkanı “Hitler centlmendir” məqaləsinin müəllifi olması barədə dəfələrlə söylədiyi fikrinə görə Respublika Prezidentinin dəftərxanası mərhum jurnalistin nəvəsindən üzr istəməlidir. Əksinə, prezident “əgər biz mələklərlə oxuya bilmiriksə, onda canavarlarla ulamalıyıq” sözlərinin məhz Peroutkaya məxsus olması barədə fikirlərinə görə, habelə Çex intellektualının nasizm nəzəriyyəsindən ruhlanması barədə mülahizələrinə görə üzr istəməli deyil.

Praqada Şəhər Məhkəməsinin qərarı sentyabrın 1-dən qüvvəyə minib.

Xatırladaq ki, Miloş Zeman Osvensimin azad edilməsinin 70 illiyinə həsr edilən konfransda çıxışı zamanı bildirmişdi ki, nasizmin hakimiyyətə gəlməsindən sonra Ferdinand Peroutka “çaşıb”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.