DÜNYA


Praqa və Bratislava hava sərhədlərini birgə qoruyacaqlar

Praqa, 10 yanvar, AZƏRTAC

Çexiya və Slovakiya bu ilin yayından başlayaraq iki ölkənin hava səmasını birgə qorumağı planlaşdırırlar. Çexiyanın müdafiə naziri Martin Stropnitski Tvitter sosial şəbəkəsində bildirib ki, Çexiya hökuməti hava sərhədlərinin qorunması sahəsində əməkdaşlıq barədə müqavilə bağlamağa razıdır. İndi Çexiya və Slovakiya parlamentləri həmin müqaviləni müzakirə etməlidir. Sazişin mətni deputatlar tərəfindən bəyənilərsə və daha sonra prezidentlər həmin sənədi ratifikasiya edərsə, bu halda pilotlar ikinci ölkənin səmasında uçan mülki təyyarəni məhv etmək hüququ qazanacaqlar.

Slovakiya Çexiyanın bu cür müqavilə bağlamağa hazır olduğu yeganə ölkədir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.