MƏDƏNİYYƏT


Praqada “Nabat” filmi nümayiş etdirilib

Bakı, 21 aprel, AZƏRTAC

Praqanın məşhur “Lucerna” kinoteatrında rejissor Elçin Musaoğlunun “Nabat” filmi nümayiş etdirilib. Filmin nümayişi Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə “Qafqaz: insanlar və müharibə” kampaniyası çərçivəsində baş tutub.

Ölkəmizin Çexiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, filmin nümayişində yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib. Filmin təqdim etdirildiyi zalın girişində tamaşaçılara Ermənistan-Azərbaycan münaqişəsinə dair kitab və broşürlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.