DÜNYA


Praqada seqveylər qadağan olunub

A+ A

Praqa, 20 iyul, AZƏRTAC

Praqada elektriklə işləyən ikitəkərli nəqliyyat vasitələrinin – seqveylərin qadağan olunması barədə sərəncam avqustun birinci yarısında qüvvəyə minəcək. Bunu Praqa meri Adriana Krnaçova bəyan edib. Seqveylərin istismar qaydaları haqqında sərəncamı şəhər şurası bəyənib. Sentyabrın əvvəlində paytaxt küçələrində müvafiq yol nişanları quraşdırılacaq. Praqa meri yeni qaydaların mahiyyətini izah edərək deyib: “Nəqliyyatın bu növünə qadağa yolun hərəkət hissəsinə də şamil edilir, çünki hətta bütün seqveylər yola çıxsa belə, turistlər əvvəlki kimi nəqliyyat vasitəsinin idarə olunmasından çox görməli yerlərə diqqət ayıracaqlar. Bununla da həm öz həyatlarını, həm də digər sürücülərin həyatını təhlükə altına qoyacaqlar”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.