İDMAN


Premyer Liqa: “Neftçi” yubileyini qələbə ilə qeyd edib

Bakı, 18 mart, AZƏRTAC

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura iki oyunla start verilib.

AZƏRTAC xəbər verir ki, tur Gəncədə keçirilən “Gəncə”-“Sumqayıt” matçı ilə start götürüb. Bu oyunun taleyini Dario Federikonun 45-ci dəqiqədə vurduğu qol həll edib. Beləliklə, meydan sahibləri ardıcıl ikinci qələbələrini qazanıblar. “Sumqayıt” isə ardıcıl dördüncü dəfə məğlub olub.

Günün digər matçında isə 80 illik yubileyini qeyd edən “Neftçi” ilə paytaxtın digər təmsilçisi “İnter” üz-üzə gəlib. Qeyri-adi vaxtda - “Neftçi”nin yarandığı 1937-ci ili təcəssüm edən 19:37-də başlayan matç gərgin idman mübarizəsi şəraitində keçib və meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Bu qələbədən sonra “Ağ-qaralar” turnir cədvəlində 1 pillə irəliləyib. “İnter” isə liderlərlə xal fərqini azalda bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.