SİYASƏT


Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır. Bu baxımdan biz Azərbaycan ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk.

AZƏRTAC xəbər verir ki, bu fikri Polşa Prezidenti Andjey Duda iyunun 27-də Varşavada keçirilmiş Azərbaycan-Polşa biznes forumunda bildirib.

“Bu gün Prezident İlham Əliyevin və mənim iştirakımla Prezident sarayında mühüm sənədlər imzalandı. Əminəm ki, bunun sayəsində ticarət münasibətlərimiz daha da intensiv olacaqdır. 2005-ci ildə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bunun əsasında hökumətlərarası komissiya yaradılmışdır. Komissiya Bakıda və bizim paytaxtımızda dəfələrlə görüşlər keçiribdir. Bu baxımdan, həmçinin strateji tərəfdaşlıq haqqında bu gün imzalanmış Birgə Bəyannamə əməkdaşlığımızı daha da gücləndirəcək və biz bu Bəyannamə əsasında digər sahələrdə də iş birliyi qura biləcəyik”, - deyə Polşa Prezidenti qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.