DÜNYA


Prezident Ərdoğan: Dövlət çevrilişi cəhdində iştirakını etiraf edənlərin sayı hər gün artır

A+ A

Bakı, 26 iyul, AZƏRTAC 

Türkiyədə dövlət çevrilişi cəhdində iştirakını etiraf edənlərin sayı hər gün artır.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın “ARD” kanalına müsahibəsində deyib.

Fövqəladə vəziyyət rejiminin uzadılmasına dair məsələyə də toxunan Türkiyə Prezidenti diqqətə çatdırıb ki, müəyyən olunan üç ay ərzində hər şey qaydasına düşərsə, müddətin uzadılmasına ehtiyac qalmayacaq.

Bu arada Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsddə iştirakına görə, tutulan hərbçilərin sayı 7-yə çatıb. Hərbçilərin ifadələri ilə onların gizlətdikləri yerlərdən çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. Hazırda 10 qiyamçı hərbçinin axtarışları davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.