DÜNYA


Prezident Ərdoğan: Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli zirvə görüşü mexanizmi yaradıla bilər

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Türkiyə və Rusiya ikitərəfli əlaqələri əvvəlkindən də yüksək səviyyəyə çatdırmaq üçün son dərəcə qətiyyətlidir. Hər iki ölkə Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli zirvə görüşü mexanizminin yaradılmasına müsbət yanaşır.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan görüş də siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişafı, yüksək səviyyəli əməkdaşlıq şurasının fəaliyyətinin, çarter reyslərin bərpası, kənd təsərrüfatı sahəsi də daxil olmaqla ikitərəfli ticarəti məhdudlaşdıran qadağaların aradan qaldırılması və s. məsələlərlə bağlı müzakirələrin aparıldığını bildirib. Türkiyə Prezidenti iki ölkə arasında hazırda 27-28 milyard dollar dəyərində olan ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasının qarşıya əsas vəzifə qoyulduğunu bildirib. O, bu istiqamətdə Akkuyu Atom Elektrik Stansiyasının inşası, Türkiyə-Rusiya Birgə İnvestisiya Fondunun qurulması, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığın əldə olunduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.