İQTİSADİYYAT


Prezident Həsən Ruhani: Tehranda İran, Azərbaycan və Rusiyanın iştirakı ilə forum keçiriləcək

Tehran, 22 may, AZƏRTAC

Yaxın vaxtlarda Tehranda İran, Azərbaycan və Rusiyanın iştirakı ilə birgə beynəlxalq forum keçiriləcək.

Bu barədə İran Prezidenti Həsən Ruhani bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

İran Prezidenti bildirib ki, forum Azərbaycan və Rusiya vasitəsilə İranı Avropa ilə birləşdirəcək dəmir yolu xəttinin inşasına həsr olunacaq. İran hər iki ölkə ilə birlikdə bu sahədə işlərin davam etdirilməsini planlaşdırır. Dəmir yolunun çəkilişi bütün region ölkələri üçün faydalı olacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.