SİYASƏT


Prezident İlham Əliyev: 2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilib

Bakı, 1 yanvar, AZƏRTAC

2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilib. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınıb. 2016-cı ilin böhranlı il olmasına baxmayaraq, əhalinin pul gəlirləri 7 faiz, orta əməkhaqqı isə 9 faiz artıb.

AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikində bu haqda danışan Prezident İlham Əliyev bütün çətinliklərə baxmayaraq, Azərbaycanın 2016-cı ildə də inamla inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev deyib: “Bir daha qeyd etmək istəyirəm, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.