İQTİSADİYYAT


Prezident İlham Əliyev: 2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq

Bakı, 13 yanvar, AZƏRTAC

2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında verilmiş “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsində yer alıb.

“İqtisadiyyatın şaxələndirilməsi işi demək olar ki, başa çatmaqdadır. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür. Bu gün bizim qarşımızda duran əsas məqsəd ixracın şaxələndirilməsidir. 2016-cı ildə atdığımız addımlar bu məqsədə nail olunması işinə xidmət edəcək. Azərbaycan artıq Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci yerdə) və biz bu uğuru daha da möhkəmləndirmək əzmindəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.